Selena Qomezin böyrəyi dəyişdirildi

Selena Qomezin böyrəyi dəyişdirildi

Dünyanın ən məşhur gənc müğənni və aktrisası olan Selena Qomezin uzun müddətdir görünməməsinin səbəbi bilindi.  

Qomez böyrək transplantasiyası olub.

Gənc nəslin ən seksual ulduzlarından olana Qomez bu günə qədər sirr kimi saxladığı bir xəbəri “İnstagram” səhifəsindən paylaşıb.

25 yaşlı Qomez uzun müddətdir “Lupus” adlanan xəstəlikdən əziyyət çəkdiyini deyib. Nəticədə onun böyrəkləri fəaliyyətini dayandırıb. “Ötən bir neçə ay ərzində bu barədə xəbəri paylaşmaq istəyirdim. Sağlamlığımı tamamilə bərpa etməyim üçün bu lazım idi. Ailəmə və həkimlərimə hər şey üçün təşəkkür edirəm”.

Müğənni ona böyrəyni verən şəxsin adını da açıqlayıb. Bu fədakarlığı edən onun rəfiqəsi olub. “Fransia Raisa mənə qiymətsiz bir hədiyyə verdi. Səni çox sevirəm bacım”.