Sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edildi

Sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edildi

Şamaxıda sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edilib.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, “112” qaynar telefon xəttinə Şamaxı rayonu Qızmeydan kəndi ərazisində 4 qadının Pirsaat çayında qəflətən sel gəlməsi nəticəsində təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində 4 nəfər xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub.

Teqlər: