İsmayıllıya yağan leysan xarakterli yağışdan sonra dağlardan gələn sel suları, lil qatı, qaya parçaları İsmayıllı-Lahıc avtomobil yolunun üzərinə tökülüb.
AzerTimes xəbər verir ki, bu səbəbdən avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bununla da Lahıc qəsəbəsi də daxil olmaqla, bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Yolların açılması üçün əraziyə canlı qüvvə və texnika cəlb olunub. Hazırda İsmayıllıdan keçən çaylarda gursululuq müşahidə olunur.
Sel səbəbindən Lahıc qəsəbəsinə dəymiş zərər araşdırılır.