Şəkinin bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq

Bu gün Şəki rayonunun bir hissəsinin təbii qazla təchizatında
fasilə yaranacaq.

Bu barədə AzerTimes-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)
“Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Cəfərabad” QPS-də
aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər başa
çatana qədər “Cəfərabad” QPS-dən qidalanan “Şəki-Cəfərabad” qaz
ölçü qovşağından qaz təchizatının dayandırılması
planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Şəki şəhəri daxil olmaqla 1
qəsəbə və 30 kəndin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.

Teqlər: