Şəkidə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-yə məxsus taxıl sahəsi yanıb.
Hadisə dünən axşam Şəki rayonunun Çeşməli kəndinin inzibati ərazisinin yaxınlığındakı taxıl sahəsində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Taxıl sahəsində baş verən yanğın dərhal nəzarətə alınaraq söndürülüb. Yanğın nəticəsində 0,8 hektar ərazidə biçilməmiş taxıl sahəsi yanıb.
Axşam saatlarında isə rayonun Çeşməli kəndinin inzibati ərazisində sakinlərə məxsus taxıl sahələrində yanğın başlayıb. Yanğın 10 hektara yaxın biçilmiş taxıl sahələrini əhatə edib. Hazırda yanğınsöndürənlər yanğının genişlənərək yaxınlıqdakı biçilməmiş taxıl sahələrinə keçməsinin qarşısını almaq istiqamətində iş aparır.
Faktlarla bağlı araşdırma aparılır.