Şəkidə itkin düşən 18 yaşlı qız tapılıb.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşən şəxs tapılıb, axtarışlar dayandırılıb.
Qeyd edək ki, Şəki rayonunun Oxud kənd sakini, 2006-cı il təvəllüdlü Lamiyə Arif qızı Sadıqova iyulun 8-də yaşadığı evdən çıxaraq geri qayıtmamışdı.