Oktyabrın 26-da saat 16 radələrində 1982-ci il təvəllüdlü Asif Arif oğlu Həşimovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə AzerTimes-a Daxili İşər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, 1988-ci il təvəllüdlü Cavid Beybud oğlu İsayev könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qətlə yetirilən şəxs Oğuz rayon sakinidir.