Şəkidə bu yolda selin fəsadları aradan qaldırıldı – Foto

Şəkidə bu yolda selin fəsadları aradan qaldırıldı – Foto

Yağan güclü yağış nəticəsində yaranan sel suları Şəki rayonun Baş Göynük avtomobil yolunun 10-12-ci km-də ciddi fəsadlar törədib.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, həmin avtomobil yolunun 11-ci km-də uzunluğu 169 metr olan Şinçay üzərində körpüdə və körpünün giriş-çıxışlarında leysan yağışları nəticəsində sel sularının gətirdiyi lil, palçıq, qum-çınqıl və daş-qaya parçaları çayın hövzəsindən qalxaraq körpünü, yolu basmış və avtonəqliyyatın hərəkətini çətinləşdirib.

Aparılan işlər çərçivəsində yoldan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, açılmış yarğanlar bərpa olunub, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Teqlər: