Şəkidə baldızını öldürən şəxsin məhkəməsi başlayır

Xəbər - Samir Əli – Trend:

Şəkidə baldızını qətlə yetirən şəxsin məhkəmə prosesinin vaxtı müəyyən edilib. AzerTimes-ın məlumatına görə, təqsirləndirilən şəxs Rahim Cəlilovun barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb və iş Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə işi hakim Nahid Mirzəyevin icratına verilib. İş üzrə məhkəmənin hazırklıq iclası aprelin 20-nə təyin edilib.

Xatırladaq ki, yanvarın 12-i saat 23 radələrində Şəki rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədova Ruqiyə Şükür qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin bacısının əri, 1984-cü il təvəllüdlü Cəlilov Rahim Tahir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ruqiyə Əhmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayuət işi başlanıb.

Teqlər: