Şəkidə yeniyetmə göldə batıb.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə Aydınbulaq kəndində baş verib.
Şəki şəhər sakini, 2005-ci il təvəllüdlü Mehdi Mehman oğlu Əzizov Aydınbulaq kəndində “Keşiş gölü” kimi tanınan göldə çimərkən boğularaq ölüb.
Onun meyiti göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.