“Şəki Şərab”ın özəlləşdirilməsi üzrə Rusiya şirkəti ilə müqavilə imzalanıb (FOTO)

Xəbər - Humay Ağacanova – Trend:

Rusiyanın böyük şərabçılıq təcrübəsinə malik “Abrau-Durso” şirkəti ilə “Şəki Şərab”ın özəlləşdirilməsi üzrə müqavilə imzalandı.

Trend xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki bu, Azərbaycan şərabının xarici bazarlara çıxışının təşviqi, müasir texnologiyaların tətbiqi, investisiyaların qeyri-neft sektoruna cəlb edilməsi və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətlidir.

Teqlər: