Şəki sahibkarları ilə görüş keçirilib (FOTO)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi Şəkidə aqrar sahədə fəaliyyət göstərən və Agentliyin rayonda yeni fəaliyyətə başlamış KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən təlimlərə cəlb olunmuş KOB subyektləri ilə görüşüb.

KOBİA-dan AzerTimes-a verilən məlumata görə, Şəki KOBİM-də təşkil olunmuş görüşdə sahibkarların ehtiyacları və təklifləri dinlənilib, Şəki KOBİM tərəfindən keçirilən təlimlər və məsləhət xidmətləri barədə fikirləri öyrənilib. Bildirilib ki, Şəkidə KOBİA-nın KOB İnkişaf Mərkəzi ilə yanaşı, “KOB Dostu” ofisi də fəaliyyət göstərir. Agentliyin bu struktur bölmələri Şəkidə və ətraf rayonlarda fəaliyyət göstərən KOB-ların yerində dövlət dəstəyi mexanizmləri və onlara çıxışla bağlı məlumatlandırılmasına, maraqlarının müdafiəsinə, yeni KOB-ların yaranması və mövcud sahibkarlıq subyektlərinin inkişafına dəstək olur, bilik və bacarıqlarının artırılması üçün məsləhət və təlim xidmətləri göstərir.

Bu formatda görüşlər digər rayonlarda da davam etdiriləcəkdir.


Teqlər: