Xəbər - Samir Əli – Trend:
Şəki Apellyasiya Məhkəməsinin 3 hakimi işində yol verdikləri nöqsanlara görə cəzalandırılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Məhkəmə Hüquq Şurasının iclasında bildirilib.
İclasda qanunvericiliyin tələblərinin pozulmasına görə Şəki Apellyasiya Məhkəməsinin hakimləri Elçin Hüseynov, Ayaz Mahmudov və Vəzirxan Məlikova töhmət verilib, Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevə irad tutulub. Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmaya yol verilməsinə, habelə hakim etikasının pozulmasına görə intizam icraatı başlanılıb.