Fransanın xarici işlər naziri Stefan Sejurne diplomatik korpusa ünvanladığı müraciətdə qeyd edib ki, Fransa Ermənistana daim dəstək verəcək.
AzerTimes xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini məlumat yayıb.
“Biz qanuna və ərazi bütövlüyünə hörmət əsasında ədalətli və davamlı sülh axtarmalıyıq, eyni zamanda əhalinin xatirəsinə, tarixinə və mədəniyyətinə hörmətlə yanaşan ləyaqətli yaşamaq hüququnu təmin etmək lazımdır”, – deyə fransız nazir bildirib.