Sejurne Makrona qarşı çıxdı: Ukrayna üçün ölməyəcəyik!

Sejurne Makrona qarşı çıxdı: Ukrayna üçün ölməyəcəyik!

Fransa hərbi əməliyyatlarda iştirak etmək üçün öz qoşunlarını Ukraynaya göndərməyəcək.

AzerTimes xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.​

Sejurne bildirib ki, Paris Ukraynaya qoşun yeritməyəcək, çünki məqsədi Rusiya ilə müharibə aparmadan Moskvanın qalib gəlməsinin qarşısını almaqdır:

“Fransızlar Ukrayna üçün ölməyəcək”.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropa qoşunlarının Ukraynaya göndəriləcəyini istisna etməmişdi.

Teqlər: