Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan təqsirləndirilən şəxs qismində Yerevanda Antikorrupsiya komitəsinə çağırılıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu S.Sarkisyanın vəkili bildirib.
Onun sözlərinə görə, sabiq prezident erməni qadın sahibkar Silva Ambarstumyanın 2018-ci ildə bir sıra yüksək vəzifəli şəxsə rüşvət verməsi ilə bağlı açıqlamalarına görə təqsirləndirilir.
Qeyd olunur ki, həmin il S.Sarkisyan şahid qismində ifadə vermişdi. Həmin məsələ ilə bağlı S.Sarkisyanla yanaşı digər sabiq prezident Robert Koçaryan da ittiham olunurdu.