Səidə Sultan heç kəsə demədiyi yaşını bildirdi

Zərif xanımlara xas, təvəllüdlərini gizlətmə xasiyyəti müsahibə aldığımız Səidə Sultandan da yan keçmir.

Elə ona görə də bu dırnaqarası etikanı pozaraq ilk öncə sualımız belə olacaq.

– “Salam Səidə xanım. Siz tanınmış müğənnisiniz və kifayət qədər pərəstişkarlarınız var. Başda pərəstişkarlarınız olmaqla, biz də sizin yaşınızı öyrənmək qərarına gəldik. Mümkünsə, özünüz haqqında qısa tərcümeyi halınız barədə məlumat verərdiniz.

– “Əleykə salam. Yaş gizlətmək təbii ki, qadınlara xas bir xüsusiyyətdir və mən də istisna deyiləm. Lakin, eksklyuziv olaraq, ilk dəfə bu barədə məlumat dəqiq məlumat verəcəm.

– “Səbirsizliklə gözləyirik !

– “Mən, Səidə Əli qızı Sultanova 1983 cü il mart ayının 9 da Bakı şəhəri Nizami rayonunda anadan olmuşam. Orta təhsilimi Bakı şəhəri Nizami rayonunda yerləşən 272 saylı məktəbdə almışam. Ali təhsil isə 2002-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin Vokal fakültəsinə daxil olmuş və 2006-ci ildə təhsilimi bakalavr dərəcəsində bitirmişəm. Subayam. Övladım yoxdur.

– “Demək, sizin 37 yaşınız var. Heç bu qədər olduğunu mən sizə verməzdim.

– “Ay, komplimentinizə görə təşəkkür edirəm.

– “Buyurun, o, sizin zərifliyinizdi. Müsahibəyə görə sizə minnətdaram, var olun!

– “Siz də sağ olun – var olun, mətbuatsız günümüz olmasın.

– “Təşəkkürlər.