Zərif xanımlara xas, təvəllüdlərini gizlətmə xasiyyəti müsahibə aldığımız Səidə Sultandan da yan keçmir.
Elə ona görə də bu dırnaqarası etikanı pozaraq ilk öncə sualımız belə olacaq.
– “Salam Səidə xanım. Siz tanınmış müğənnisiniz və kifayət qədər pərəstişkarlarınız var. Başda pərəstişkarlarınız olmaqla, biz də sizin yaşınızı öyrənmək qərarına gəldik. Mümkünsə, özünüz haqqında qısa tərcümeyi halınız barədə məlumat verərdiniz.”
– “Əleykə salam. Yaş gizlətmək təbii ki, qadınlara xas bir xüsusiyyətdir və mən də istisna deyiləm. Lakin, eksklyuziv olaraq, ilk dəfə bu barədə məlumat dəqiq məlumat verəcəm.”
– “Səbirsizliklə gözləyirik !”
– “Mən, Səidə Əli qızı Sultanova 1983 cü il mart ayının 9 da Bakı şəhəri Nizami rayonunda anadan olmuşam. Orta təhsilimi Bakı şəhəri Nizami rayonunda yerləşən 272 saylı məktəbdə almışam. Ali təhsil isə 2002-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin Vokal fakültəsinə daxil olmuş və 2006-ci ildə təhsilimi bakalavr dərəcəsində bitirmişəm. Subayam. Övladım yoxdur.”
– “Demək, sizin 37 yaşınız var. Heç bu qədər olduğunu mən sizə verməzdim.”
– “Ay, komplimentinizə görə təşəkkür edirəm.”
– “Buyurun, o, sizin zərifliyinizdi. Müsahibəyə görə sizə minnətdaram, var olun!”
– “Siz də sağ olun – var olun, mətbuatsız günümüz olmasın.”
– “Təşəkkürlər.“