Şəhriyar Məmmədyarov “Chessable Masters” turnirində mübarizəni dayandırıb

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci turnirində – “Chessable Masters”də mübarizəni dayandırıb.

Trend xəbər verir ki, şahmatçımız dörddəbir finalda ermənistanlı Levon Aronyana məğlub olub.

Dörddəbir finalın digər qarşılaşmalarında ABŞ təmsilçiləri Uesli So niderlandlı Jorden Van Forrest, Hikaru Nakamura rusiyalı Vladislav Artemiyev, Fransanı təmsil edən Alireza Firuzca Vyetnam şahmatçısı Le Quan Liyem ilə mübarizə aparırlar.

Xatırladaq ki, “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və bu ilin sentyabrında başa çatacaq. Seriyanın ümumi mükafat fondu isə 1 milyon 600 min ABŞ dolları təşkil edir.

Teqlər: