Şahmat üzrə Çempionlar turu çərçivəsində “FTX Road to Miami” turnirinin ilkin mərhələsi başa çatıb.
AzerTimes xəbər verir ki, bu gün ABŞ təmsilçiləri Cefri Ksionq, Samuel Sevian və norveçli Aryan Tari ilə keçirdiyi qarşılaşmalarda məğlub olan qrosmeysterimiz Şəhriyar Məmmədyarov pley-offa düşə bilməyib. Belə ki, o, 18 xalla 10-cu yerdə qərarlaşıb.
Dairəvi sistem üzrə keçirilən yarışda 16 iştirakçıdan 8-i pley-offa vəsiqə qazanıb.