Şəhriyar “Master” turnirinə heç-heçə ilə başladı

Şəhriyar “Master” turnirinə heç-heçə ilə başladı

Bu gün Daşkənddə şahmat üzrə “Masters” turniri start götürüb.

AzerTimes İdman.biz-ə istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov ilk görüşdə heç-heçəyə imza atıb.

10 şahmatçının iştirak etdiyi yarışın 1-ci turunda Məmmədyarov hindistanlı Vidiş Santoş Qujarati ilə qarşılaşıb. Tərəflər yarım xala razı olublar.

Açılış turunu qələbə ilə Aleksey Sarana və Nodirbek Abdusattorov lider mövqeyində qərarlaşıb.

Qeyd edək ki, turnir 9 turdan ibarət olacaq.

Teqlər: