Şəhriyar Maqnus Karlsenlə qarşılaşdı

Şəhriyar Maqnus Karlsenlə qarşılaşdı

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki “Norway Chess” turnirinin əsas mərhələsində növbəti görüşlərini keçiriblər.

AzerTimes xəbər verir ki, Məmmədyarov yarışın 6-cı günündə norveçli dünya çempionu Maqnus Karlsenə qara fiqurlarla uduzub.

37 yaşlı qrossmeyster 8,5 xalla 4-cü pillədə qərarlaşıb.

Rəcəbov isə bolqarıstanlı Veselin Topalovla ağ fiqurlarla heç-heçə etsə də, növbəti qarşılaşmadan məğlub ayrılıb. 4 xala malik olan 35 yaşlı iti zəka sahibi 9-cu sıradadır.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.

Teqlər: