Şəhriyar final görüşünə çıxdı

Şəhriyar final görüşünə çıxdı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ilk final görüşünü keçirib.

AzerTimes xəbər verir ki, 37 yaşlı qrossmeyster polşalı Yan Kşiştof-Duda ilə görüşüb.

Dörd partiya davam edən qarşılaşma polşalı şahmatçının qələbəsi ilə başa çatıb – 3:1.

İkinci final görüşü sabah keçiriləcək.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov yarımfinalda Rumıniyanı təmsil edən Riçard Rapporta qalib gəlib.

Teqlər: