Səhlab Bağırov Zeynalovun yerinə təyinat alıb?

Səhlab Bağırov Zeynalovun yerinə təyinat alıb?

Bir sıra saytlarda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun təqaüdə göndəriləcəyi, onun yerinə isə Çevik Polis Alayının rəisi Səhlab Bağırovun təyin ediləcəyi qeyd olunub.

AzerTimes xəbər verir ki, məsələ ilə bağlı Manset.az-a açıqlamasında polis general-mayoru Səhlab Bağırov yeni vəzifəyə təyin edilmədiyini bildirib.

“Mən bu söhbətləri 15-20 ildir eşidirəm. Amma ortada heç nə yoxdur. Öz yerim də yaxşıdır, razıyam. Bu, elə məsələdir ki, rəhbərlik həll edir. Əgər rəhbərlik məsləhət bilərsə, gedib orada da işləyə bilərəm. Problem yoxdur”, – S.Bağırov deyib.

Teqlər: