Səhiyyə sahəsinə ayrılan vəsaitlər hansı istiqamətlərə xərclənəcək?

Xəbər - Çingiz Səfərli – Trend:

2022-ci ilin dövlət büdcəsində təbii ki, pandemiyaya qarşı tədbirlərə xüsusi yer ayrılıb.

AzerTimes-ın məlumatına görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, eyni zamanda səhiyyəyə ayrılmış büdcədə artım müşahidə olunur.


“O da bir sıra dövlət proqramlarına ayrılmış vəsaitlərin artımı ilə bağlıdır. Növbəti ildən etibarən əlavə olaraq uşaqlarda müşahidə olunan kistoz fibroz genetik irsi xəstəliyinin müalicəsinə də vəsait ayrılıb. Bu da hazırda bu xəstəlikdən əziyyət çəkən uşaqların lazımı dərman preparatları və digər ləvazimatlarla təmin edilməsinə imkan verəcək”, – T.Musayev deyib.

Teqlər: