Səhiyyə Nazirliyinin nümayəndə heyəti Türkiyədə Azərbaycanlı Həkimlər Dərnəyinin üzvləri ilə görüşüb (FOTO)

Səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə
heyətinin Türkiyəyə işgüzar səfəri çərçivəsində Azərbaycanlı
Həkimlər Dərnəyinin üzvləri ilə görüş keçirilib.

Səhiyyə Nazirliyindən AzerTimes-a bildirilib ki, tədbirdə çıxış edən
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qardaş ölkədə
fəaliyyət göstərən həkimlərin fəaliyyəti haqqında məlumat verib.
Onun sözlərinə görə, COVID-19 pandemiyasının ən kəskin zamanlarında
və Vətən müharibəsi zamanı Türkiyədə çalışan həkimlərimizin bir
qismi könüllü olaraq Azərbaycana qayıdaraq, müharibə
iştirakçılarına, yaralılara və virusa yoluxanların sağlamlıqlarının
bərpası üçün əllərindən gələni əsirgəməyiblər.

Öz növbəsində səhiyyə naziri Teymur Musayev xarici ölkələrdə
ixtisaslaşan məzunlarımıza Azərbaycan səhiyyə sistemi tərəfindən
dəstək olunacağını, o cümlədən vətəndə xidmət etmək istəyənlərə
lazımi şərait yaradılacağını vurğulayıb.

Azərbaycanlı Həkimlər Dərnəyinin sədri Fərid Qasımzadə gənc
həkimlərimiz üçün Türkiyədə yaradılan şərait haqqında məlumat
verib.

Sonda səhiyyə naziri Teymur Musayev gənc həkimlərin
ünvanladıqları sualları cavablandırıb.

Teqlər: