Xəbər - Humay Ağacanova – Trend:
Səhiyyə nazirliyinin nəzdində vahid səhiyyə çağrı mərkəzi yaradılacaq.
AzerTimes-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hər bir vətəndaş o çağrı sisteminə müraciət edərək probleminin həllinə nail olacaq.
Eyni zamanda yeni istifadəyə verilmiş nazirliyin veb saytı üzərində müraciətlər oluna bilər və dərhal cavablandırılacaq. – deyə o bildirib.