Xəbər - Samir Əli – Trend:
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirus infeksiyasından qorunmaqla bağlı vətəndaşlara müraciət edib.
Trend-ibn məlumatına görə, baş infeksionist insanları immun sistemin güclənməsi üçün vacib məqamlara toxunub: “İmmun sistemimizi qorumağa və gücləndirməyə kömək edəcək bir neçə tövsiyələr vardır. İlik qrip peyvəndi də daxil olmaqla vaksinasiya cədvəlinə laqeyd yanaşmayın, qida maddələrin, vitaminlərin və mineralların miqdarının balanslı qəbuluna diqqət edin, normal bir gecə yuxusunu təmin edin, yuxu zamanı yeni immun hüceyrələr əmələ gəlir, bədənin müqavimətinin azalmasına səbəb olduğu üçün stresdən yayınmaq lazımdır. Yaxşı bir əhval-ruhiyyənin sağlamlığın açarı olduğuna dair fikirlər əfsanə deyil, çünki immuntetimiz sinir və hormonal sistemlərlə qarşılıqlı əlaqədə işləyir. Özünüzü fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Yaxşı qan dövranı immun hüceyrələrin bədənimizin hər tərəfinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan yaradır”.