Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib.
AzerTimes-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi əlavə edilib.
Qərara əsasən “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsinə dəyişiklik edilir.
Dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələrinin vəzifələrinə insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq donor orqanların transplantasiyasını, habelə bu məqsədlə donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirmək də əlavə edilir.
Bu Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.