Səhiyyə Nazirliyi Rusiyanın “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi

Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

Nazirlikdən AzerTimes-a bildirilib ki, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınmışdır və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir.

Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub.

Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi barədə danışıqlar davam etdirilir.

Teqlər: