Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə məlumat yayıblar

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış
zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər
vəfat edib.

Səhiyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu barədə Səhiyyə
Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi
Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə Məlumatından
bildirilib.

Məlumata əsasən, xəsarət alan şəxslərdən reanimasiyada olan 7
nəfərdən 3-nün vəziyyəti kritik, 10-nun vəziyyəti orta ağır, 6
nəfərin isə stabil olaraq qiymətləndirilir.

Xəsarət alan digər şəxslər ambulator yardım alaraq
buraxılıblar.

Son məlumata görə, xəsarət alan şəxslərdən Nərimanov Tibb
Mərkəzində müalicə alan 2 nəfər Mərkəzin həkimləri tərəfindən
müayinə olunub, ilkin tibbi müdaxilədən sonra vəziyyətləri
qiymətləndirilərək evə buraxılmalarına icazə verilib.

Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici
ölkə vətəndaşıdır.

İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika
Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti stabildir.

Seneqal vətəndaşı Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və
vəziyyəti ağır olaraq dəyərləndirilir.Xəbərlər
və yeniliklər

Teqlər: