2022-ci il üçün doktoranturaya və dissertanturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə
elektron qaydada həyata keçiriləcəkdir.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, doktoranturaya
və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan
Respublikası Təhsil Nazirliyinin http://portal.edu.az sisteminə daxil olmalı,
orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan
qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq
qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, http://Portal.edu.az vasitəsilə müraciətlərin
göndərilməsi cari ilin 15 aprel tarixindən başlayacaq.