Səhiyyə nazirinə yeni müşavir təyin edilib

Xəbər - Samir Əli – Trend:

Səhiyyə nazirinin yeni müşaviri təyin olunub.

Səhiyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu barədə səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən, Tural Babayev səhiyyə nazirinin müşaviri təyin edilib.

Xatırladaq ki, T.Babayev bu vəzifəyə qədər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb.

Teqlər: