Səhiyyə naziri Şamil Ayrıma baş çəkdi

Səhiyyə naziri Şamil Ayrıma baş çəkdi

Türkiyədə səfərdə olan Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycanda yol qəzasına düşən millət vəkili Şamil Ayrımı İstanbulda xəstəxanada ziyarət ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Tviter səhifəsində bildirib.

Nazir və diplomat türkiyəli millət vəkilinin səhhəti ilə maraqlanıblar.

Xatırladaq ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya uğrayıb. Yıldırım və Ayrım qəza zamanı nəzarət məqsədi ilə sağlamlıq qruplarının müşayiəti ilə helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb.

Teqlər: