Səhiyyə naziri COVID testlərinin götürülməsi ilə bağlı gecikmələrə aydınlıq gətirib

Xəbər - Humay Ağacanova – Trend:

Vətəndaşlar sırf COVID-19 ilə bağlı yox, digər səbəblərdən də müarciət edirlər. Müraciətlər çox olduğuna görə, test götürülməsində gecikmələr ola bilər.

AzerTimes-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.

“Vətəndaşlar yüngül simptom olan kimi 103-ə müraciət edirlər. Belə halda onların sahə poliklinikalarına müraciət etmələri daha uyğun olardı”, – nazir vurğulayıb.

Teqlər: