Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan
soydaşlarımızın ruhlarına ehtiram məqsədilə anım mərasimi
keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a bildirilib ki, Birinci Qarabağ
müharibəsi şəhidləri Emin Musayev, Adil Əliyev və Əli Həsənovun
xatirəsinə həsr olunan mərasimdə Müdafiə Nazirliyinin və
ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və
döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin,
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda
şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Mərasimdə çıxış edənlər şəhidlərimizin şərəfli ömür və döyüş
yolundan, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri
şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan
Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin əhəmiyyətindən
danışıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və
qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə
Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin
rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimində şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov
adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən
vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.