Tovuz rayonunda şəhid Ceyhun İsmayılovun məzarının üstündə ev tikilib.
AzerTimes xəbər verir ki, bu barədə yazar İradə Aytel sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, şəhidin məzarının üstündə ev tikiblər və qapısını da qıfıl vurulub:
“Biz gəldik, qapıya qıfıl vurulub. Ceyhunumuzun məzarına yaxınlaşa bilmədik. Kənardan deyirəm ki, yerin cənnət olsun, əziz şəhidim. Ruhun şad olsun. Şəhidlər xalqındır, hamımızındır. Bilirsiniz, nə qədər adam gəldi, Ceyhunu ziyarət edə bilmədi?.. Ceyhun, qadan alım, bizi bağışla… Bağışla ki, səni ziyarət edə bilmədik”.