Şəhidimizin nəşi 30 ildən sonra tapıldı – Foto

Şəhidimizin nəşi 30 ildən sonra tapıldı – Foto

Bu gün Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonunun Mahmudlu kənd qəbiristanlığında dəfn olunub.

AzerTimes xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

Qeyd edək ki, Şəmsəddin Allahverdiyev 1971-ci il iyulun 1-də Füzuli rayonunun İşıqlı kəndində anadan olub. O, çoxsaylı hərbi əməliyyatlarda və erməni silahlı birləşmələrinin azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinə hücumlarının qarşısının alınmasında iştirak edib. 1993-cü il mart ayının 27-də Füzuli rayonu Cuvarlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

“Torpaqlarımız işğaldan azad olunandan sonra uzun müddət işğal altında qalan ərazilərimizdə azərbaycanlıların kütləvi məzarlıqları aşkarlanıb. Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Ş.Allahverdiyevə məxsus olduğu təsdiqlənib”, – millət vəkili bildirib.

Teqlər: