Şəhid Yusif Qurbanov dəfn olundu

Şəhid Yusif Qurbanov dəfn olundu

XTQ hərbçisi, şəhid Yusif Qurbanov dəfn olunub.

AzerTimes Report-a istinadla xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat zamanı minaya düşərək yaralanan və daha sonra müalicə aldığı hospitalda vəfat edən 1997-ci il təvəllüdlü XTQ hərbçisi Yusif Asif oğlu Qurbanovla vida mərasimi kçeirilib.

O, Goranboy rayon Şəfəq kənd qəbristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edib.

Qeyd edək ki, şəhid Y.Qurbanov Vətən Müharibəsi iştirakçısı olub.

Allah rəhmət eləsin!

Teqlər: