Şəhid və qazi ailələri ziyarət olunub (FOTO)

Müdafiə Nazirliyi və “Əsgərə xatirə kitabı” layihəsinin birgə təşkilatçılığı ilə Ağstafa və Tovuz rayonlarında yaşayan şəhid və qazi ailələri ziyarət olunub.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, hərbi qulluqçular, “Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva və icraçı direktoru Məltəm Şıxəlıyeva 43 şəhid, 6 qazi və əsirlikdən azad olunmuş 1 vətəndaşımızın ailəsini ziyarət ediblər.


Görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, söhbətlər aparılıb ailələrə hədiyyələr və sovqatlar təqdim olunub.

Teqlər: