Şəhid və hərbçi ailələrinin uşaqları üçün bayram tədbiri keçirilib (FOTO/VİDEO)

Şəhid və hərbçi ailələrinin uşaqları üçün Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Yeni il şənliyi keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirdə uşaqlarla birgə müxtəlif nağıl qəhrəmanları, Şaxta baba və qar qızı iştirak ediblər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə uşaqları təbrik edən aparıcı onlara xoşbəxt və uğurlu həyat arzulayıb.

Tədbirin bədii hissəsində nağıl qəhrəmanları uşaqlarla birlikdə rəqs edib, müxtəlif yarışlar keçirib və oyunlar qurublar.


Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.

Teqlər: