Şəhid Rəsul Sadıqovun xatirəsi anılıb (FOTO/VİDEO)

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən şəhid əsgər Rəsul Sadıqovun xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyi və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, dostları, yaxınları iştirak edib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbir iştirakçılarına R.Sadıqovun qısa ömür və şərəfli döyüş yollarına həsr olunmuş videoçarx nümayiş etdirilib.


Çıxış edənlər şəhidin tarixi ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirməsindən, Vətən müharibəsində göstərdiyi şücaətdən, qorxmazlığından danışıblar.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Teqlər: