Şəhid polkovnikimizə həsr edilmiş klip – Video

Şəhid polkovnikimizə həsr edilmiş klip – Video

Şəhid pokovnik-leytenant Soltan Məmmədovun xatirəsinə ithaf olunmuş “Yuxunda görmüsən” adlı mahnının klipi təqdim olunub.

AzerTimes xəbər verir ki, şəhid polkovnik-leytenanta həsr edilmiş ifanı xalq artisti Samir Cəfərov səsləndirib.

Mahnının musiqisi fəlsəfə doktoru Könül Hüseynovaya, sözləri isə xalq şairi Vahid Əzizə məxsusdur.

Rejissorluğu Orxan Aliyə aid olan klipdə şəhid polkovnik-leytenant Soltan Məmmədov və onun xanımının obrazlarını əməkdar artist Elnur Hüseynov və gənc müğənni Minayə Hüseynova canlandırıblar.

Qeyd edək ki, klipin təqdimatı ötən gün şəhid polkovnik-leytenant Soltan Məmmədovun şəhadətə qovuşduğu Tərtər rayonunun Suqovuşan qəsəbəsində “Təki Vətən Yaşasın” adlı tədbirdə olub.

Teqlər: