

Bu gün – 13 aprel tarixi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun doğum günüdür.
AzerTimes Publika.az-a istinadla xəbər verir ki, qəhrəman şəhidlərimizin övladları hər zaman onlara diqqət və qayğı ilə yanaşan A.Ələkbərovu 48 yaşının tamam olması münasibətilə qeyri-adi şəkildə təbrik ediblər.
Belə ki, Habil Məmmədovun rəhbərliyi altında şəhid övladları və “Qarabağ bülbülləri” qrupunun üzvləri Heydər Əliyev Mərkəzinin qarşısında Anar Ələkbərovun doğum günü ilə əlaqədar canlı musiqi ifa ediblər.
Qeyd edək ki, qəhrəman şəhidlərimizin övladları mərhum müğənni Məhəbbət Kazımovun “Niyə məndən küsmüsən?” mahnısının sözlərini dəyişərək, gözəl bir musiqi ortaya çıxarıblar. Sosial şəbəkələrdə paylaşılan mahnı qısa müddət ərzində 120 (yüz iyirimi) minə yaxın baxış əldə edib.