Təklif edilir ki, şəhid ailə üzvləri deyil, yalnız şəhid övladı özəl ümumtəhsil müəssisəsində oxumaq istəsə, bu, dövlət hesabına qarşılansın və bununla bağlı “Təhsil haqqında” qanunda dəyişiklik edilsin.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
Deputat bildirib ki, aidiyyəti qurumlar tərəfindən bu təklifə baxıla bilər: “Bu təklif komitə iclasında da qaldırılmışdı”.