Şəhid övladından pul tələb edən “Kaspi” sualdan yayındı

Şəhid övladından pul tələb edən “Kaspi” sualdan yayındı

Xəbər verdiyimiz kimi, Kaspi Təhsil Şirkətinin şəhid övladının liseydə təhsil alması üçün pul tələb etməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələ ilə bağlı AzerTimes-a Kaspi Təhsil Şirkətidən bildirilib ki, dəqiqləşdirilməmiş məlumatların yayılması təəssüf doğurur.

Buna baxmayaraq, qurumdan mövzuya aydınlıq gətirilməyib.

“Yaxın günlərdə mövzu ilə bağlı Kaspi Təhsil Şirkəti tərəfindən mətbuata ətraflı açıqlama veriləcək”, – deyə bildirilib.

Qeyd edək ki, şəhid kapitan Elçin İsmayılovun kiçik oğlunun Kaspi Təhsil Şirkətində təhsil alması üçün 2800 manat ödəniş tələb edildiyi barədə məlumat yayılıb.

Teqlər: