Şəhid övladı rəis müavini təyin edildi

Şəhid övladı rəis müavini təyin edildi

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

AzerTimes oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə Goranboy rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Sənan Əsgərov Göygöl RPŞ-nin Sarısu bölməsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, S.Əsgərovun atası Xəzanı Əsgərov 1994-cü ildə Qarabağ müharibəsində şəhid olub.

Teqlər: