Şəhid Eşqin Hüseynov harada dəfn olunacaq?

Şəhid Eşqin Hüseynov harada dəfn olunacaq?

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Eşqin Cəmil oğlu Hüseynov Tovuz rayonunun Hunanlar kənd sakini olub.

AzerTimes Report-a istinadən xəbər verir ki, onun sabah dünyaya göz açdığı Hunanlar kəndində dəfn olunacağı bildirilir.

Eşqin Hüseynov subay olub, ailədə bir qardaş və bir bacısı var. Şəhidin qardaşı da hərbçidir və Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini davam etdirir.

Teqlər: