Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev
Vətən Müharibəsi şəhidi İslamov Elvin Elçin oğlunun ailəsini
Ramazan bayramı ərəfəsində ziyarət edib.
Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan E.İslamov
Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”,
“Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına
görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif
olunub.
Şəhidin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən 3 otaqlı mənzillə təmin olunub. Ailəyə sosial ödənişlər
təyin edilib, şəhidin atasının məşğulluğuna dəstək göstərilib.
Görüşdə tarixi Zəfərimizə öz töhfəsini verən qəhrəmanlarımızdan
olan şəhid E.İslamovun həyat yolundan, hərbi əməliyyatlar zamanı
göstərdiyi şücaətlərdən bəhs olunub. Onun xatirəsinin daim
ürəklərdə yaşayacağı vurğulanıb.
Şəhid ailəsinin sosial vəziyyəti öyrənilib. A.Əliyev ailənin
yaşayışının bundan sonra da daim diqqətdə saxlanacağını
vurğulayıb.