Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Azər Mustafa oğlu Məmmədovun nəşi Qazax rayon Kəmərli kəndinə gətirilib.
AzerTimes-ın məlumatına görə, şəhidin nəşi artıq ailəsinə təhvil verilib.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü Azər Mustafa oğlu Məmmədov sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olub.
O, 20 gün əvvəl ailə həyatı qurmuşdu.